Astanada İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR - YENİLƏNİB

Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Adalet.az xəbər verir ki, “Akorda” Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edildi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndirildi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Dövlət başçıları birgə foto çəkdirdilər.
***
Qazaxıstanın paytaxtı Astanadakı "Akorda" Prezident Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Digər Xəbərlər

Tokayev: İlham Əliyevin Qazaxıstana səfəri böyük əhəmiyyətə malikdir

Ortaq dəyərlər, qarşılıqlı hörmət və strateji etimad

Sahibə Qafarova və Alen Simonyan arasında görüş başlayıb

İlham Əliyev: Qazaxıstanın potensialının möhkəmləndirilməsinə yönəlmiş kursunuzu tam dəstəkləyirik

İlham Əliyevin Tokayev ilə təkbətək görüşü olub - FOTOLAR

"Azərbaycan-Mərkəzi Asiya münasibətləri "6" formatını alıb" - Hikmət Hacıyev

Prezidentin Qazaxıstan səfərindən görüntülər - VİDEO
