"Azərbaycan-Mərkəzi Asiya münasibətləri "6" formatını alıb" - Hikmət Hacıyev

"Son aylarda Prezident İlham Əliyev Türkmənistan, Tacikistan və Qazaxıstana səfərlər edib. Hazırda Qazaxıstana dövlət səfərindədir".
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.
Onun sözlərinə görə, əvvəllər Azərbaycanka Mərkəzi Asiya ölkələrinin münasibətləri “5+1” formulu ilə təsvir edilirdisə, bu gün həmin konsepsiya riyazi ifadədən çıxaraq siyasi və tarixi reallığa çevrilib.
“Artıq bu münasibətlər vahid "6-lıq" modelini formalaşdırır. Bu, ortaq tarix, mədəniyyət, ənənə, etnik və dil yaxınlığına əsaslanan inteqrasiyanın dərinləşməsini və ortaq taleyi əks etdirən geosiyasi vahidliyin təzahürüdür”, – Hikmət Hacıyev qeyd edib.
Digər Xəbərlər

"Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər" - Prezident

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Sahibə Qafarova-Alen Simonyan görüşü keçirilib - YENİLƏNİB

“Orta dəhlizin inkişafı” birgə layihəsi regiona nə vəd edir?

"Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb" - İlham Əliyev

Kəramət Böyükçöl və İlqar Məmmədov qırğını... - Etibar Əliyev yazır

Tokayev İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edib
