Ekspert: “Məsuliyyətsizlik faciə ilə nəticələnir”

Xəbər verdiyimiz kimi oktyabrın 20-də saat 12 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində uşaq ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəs baş verib.
Qəsəbə sakini 1992-ci il təvəllüdlü Tural Süleymanov 7 yaşlı oğlu Usamə Süleymanlını qucağına alaraq “BMW” markalı avtomobilə əyləşib. Bu zaman azyaşlı uşaq sürüşərək sürət pedalına sıxılıb. Nəticədə avtomobil hərəkətə gələrək hasara çırpılıb.
Hadisə nəticəsində azyaşlı U.Süleymanlı hadisə yerində ölüb, T.Süleymanov isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
Mövzu ilə bağlı Adalet.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov hadisənin qanuni tərəfi ilə yanaşı, məsuliyyətsizliyin faciəvi sonluqla nəticələnməsindən də danışıb:
“Bu kimi hadisələr təkcə yol- nəqliyyat hadisəsi deyil, həm də bir ailənin faciəsidir. Bir vətəndaş kimi əlbəttə, baş verənlər bizə də təsirsiz ötüşmür. Faciəvi sonluqla bitən hadisələr həmişə sarsıdıcıdır.
Belə məsələdə sürücü diqqətli olmalıdır. Hadisədən göründüyü kimi kiçik bir xəta bir körpənin həyatına son qoydu. Və bir gənc atanın da səhhətində ağır problemlər yaratdı. Düşünürəm ki, sürücülər yol hərəkəti qaydalarından əvvəl vətəndaş mövqeyini qorumalıdır. Hər bir şəxs öz doğmalarını qorxumalıdır, hətta daha çox azyaşlı yaxınları ilə diqqətli davranmalıdır. Məlumdur ki, bir ata hadisənin faciə ilə bitəcəyini bilsəydi, oğlunu qucağında ələşdirib maşın sürməzdi. Ancaq onu da bilmək lazımdır ki, bu, bir qayda pozuntusudur. Çünki sürücü əyləşdiyi oturacaqda( sükan arxasında) tək əyləşməli və ona kənar müdaxilə olunmamalıdır. Azyaşlılar isə nə sürücünün yerində oturmalıdır, nə də sürücünün sağ tərəfindəki qarşı oturacaqda. Görünən budur ki, belə hadisələr insanları məlumatlı olmağa və hər hansı bir nəqliyyat vasitəsiylə daha da məsuliyyətli davranmağa səsləyir. Axı biz nəqliyyat vasitələrinə həyatımızı etibar edirik. Əks halda məsuliyyətsizlik sözügedən faciə ilə nəticələnir”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər

Tokayevdən İlham Əliyevə hədiyyə - VİDEO

AQİL ABBAS HİNDARXDA SEÇİCİLƏRLƏ GÖRÜŞDÜ - FOTOLAR

Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edildi - FOTOLAR

Ramiz Mehdiyevin kürəkəni danışdı - VİDEO

DYP-dən körpə uşaqla avtomobil idarə edən sürücülərə müraciət

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib - FOTOLAR

“Əgər xəyanət varsa, insan boşana bilər, sonu qətl olmamalıdır...” - Psixoloq
