Cəlilabadda məhkəmə yaşlı kişini təhqir edən şəxsi cəzalandırdı
Cəlilabad rayon Muğan kənd sakini 1941-ci il təvəllüdlü Allahverdiyev Ağapaşa Arastun oğlu kənd sakini Cəfərov Elşən Balamirzə oğlu tərəfindən hücuma məruz qalıb.
Adalet.az xəbər verir ki, oktyabrın 18-də gecə saatlarında kənd sakini Elşən Cəfərov Ağapaşa Allahverdiyevin yaşadığı evə gələrək onu ağır söyüşlərlə təhqir edərək hədələyib. Bundan sonra A.Allahverdiyev Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə şikayət edib.
Cəlilabad rayon Göytəpə şəhər polis bölməsi hadisəni dərhal nəzarətə götürüb. Sahə müvəkkili Aqil Heydərov dərhal şikayətçinin yaşadığı ünvana gələrək onun izahatını alıb.
Polis tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək Elşən Cəfərov Cəlilabad rayon Məhkəməsinə təhvil verilib. Cəlilabad rayon Məhkəməsi isə E.Cəfərovu 8 sutka inzibati qaydada həbs edib.

Ağapaşa Allahverdiyev görülən operativ tədbirlərə görə Daxili İşlər Nazirliyinin, Cəlilabad Polis Şöbəsinin və Cəlilabad rayon Məhkəməsinin rəhbərliyinə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, tərəflərin mübahisəsi torpaq zəbit ilə bağlıdır və hazırda işə Cəlilabad məhkəməsində baxılır.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
20 Yanvar 2026 17:51
Vaqif Allahverdiyevə hökm oxundu - Məhkəmə işi
19 Yanvar 2026 14:59
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinə cinayət işi açıldı
19 Yanvar 2026 10:11
Azərbaycanda 5 nəfər vəkillikdən uzaqlaşdırıldı
15 Yanvar 2026 17:09


Bakı -°C

