Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinə cinayət işi açıldı
Sumqayıt şəhərində fəaliyyət göstərən "Qurtuluş" reabilitasiya mərkəzi barədə cinayət işi başlanılıb.
Adalet.az Oxu.az-a istinadən xəbər verir ki, reabilitasiya mərkəzi barədə araşdırma aparılıb.
Şikayət əsasında Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı reabilitasiya mərkəzində qanunsuzluqlar aşkar edilib. Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.
Xatırladaq ki, adıçəkilən reabilitasiya mərkəzi bir müddət öncə Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicəsi ilə bağlı gündəmə gəlmişdi. N.Nəbizadə bir neçə gün öncə mərkəzi tərk edib.
Digər Xəbərlər
11 Fevral 2026 15:22
DTX-nin həbs etdiyi Mirədalət Talışxanov barəsində qərar qəbul edildi
10 Fevral 2026 18:31
Füzulinin şeirini, Cavidin poemasını oxuyub - Vardanyan 2 ilin hesabatını verdi
10 Fevral 2026 18:11
Vardanyana hansı cəza veriləcək? - YENİLƏNİB
10 Fevral 2026 17:03


Bakı -°C

