"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlının meyiti dənizdən tapıldı
Lənkəranda dənizdə kişi meyiti tapılıb.
Adalet.az xəbər verir ki, meyitin bir neçə gün öncə dənizdə batan rayonunun Aşağı Nüvədi kənd sakini Ələsgər Həsənzadəyə aid olduğu məlum olub.
Qeyd edək ki, Ələsgər Həsənzadə dünyada Ginnesin rekordlar kitabına düşən ilk azyaşlı olub. Balaca idmançı qızıl medalla və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilib. O, həmçinin, Ginnesin rekordlar kitabında fəxri üzv kimi qeydə alınmışdır.Qeyd edək ki, Ələsgər Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. O, yeddi yaşında olarkən 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış halda əllərini ayaqlarına tərəf (buna idman termini ilə "press" deyirlər) 3 min dəfə çatdıraraq dünya rekordunu təzələyib.
Beynəlxalq Rekordlar və Nailiyyətlər Agentliyindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış məktubda Ələsgər Həsənzadə milli nailiyyət kimi dəyərləndirilmişdir. Ölkə başçısı cənab İlham Əliyev ötən il Lənkəranda Olimpiya idman kompleksinin açılışında iştirak edərkən balaca çempionla da görüşmüşdür./Report


Bakı -°C

