adalet.az header logo
  • Bakı -°C
27 Fevral 2026 17:48
88
ELM VƏ TƏHSİL
A- A+

Təhsil proqramlarına kibertəhlükəsizliklə bağlı mövzular daxil ediləcək

Məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzuları daxil ediləcək.

Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Sərəncamında qeyd olunub.

Sərəncama əsasən, mediada valideynlər, müəllimlər və uşaqlara yönələn maarifləndirmə proqramlarının hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər görüləcək.