Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
Uşağa qarşı cismani cəzanın tətbiqinə görə cərimə tətbiq ediləcək.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə 200 manat məbləğində cərimə ediləcək.
Yuxarıda göstərilən əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Digər Xəbərlər
02 May 2026 13:46
"Təhsil işçilərinin rifahı bizim üçün prioritetdir" - Araz Paşayev
01 May 2026 23:53
Şəkidə eyni məktəbin iki şagirdi maksimum bal topladı
01 May 2026 17:46
6 nəfər imtahandan xaric olunub - RƏSMİ
01 May 2026 17:43
İmtahanda 8 nəfər 300 bal topladı
01 May 2026 17:41
Buraxılış imtahanının nəticələri elan olundu
01 May 2026 10:20
Lənkəran Dövlət Universiteti əməkdaşlığı genişləndirir
30 Aprel 2026 11:49
Rezidenturaya qəbul imtahanı ilə bağlı VACİB XƏBƏR
30 Aprel 2026 11:21


Bakı -°C

