adalet.az header logo
  • Bakı -°C
27 Fevral 2026 20:10
104
İDMAN
A- A+

“Zirə” “Araz-Naxçıvan”a qalib gəldi

Futbol üzrə Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Adalet.az xəbər verir ki, günün ikinci matçında "Araz-Naxçıvan" “Liv Bona Dea Arena”da "Zirə”ni qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 67-ci dəqiqədə Ayron Qomis vurub.

Bu nəticədən sonra xallarını 38-ə çatdıran “Zirə” 4-cü pillədə qərarlaşıb. “Araz-Naxçıvan” isə 33 xalla 5-ci sırada qalıb.

Qeyd edək ki, XXII turun açılış oyununda “Kəpəz” “Sumqayıt”a 3 cavabsız qolla qalib gəlib. Turun növbəti oyunları fevralın 28-də və martın 1-də keçiriləcək.