"Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər" -Prezident

Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında məlumat verib.
Dövlət başçısı qeyd edib:
"Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər".
Digər Xəbərlər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

"Astana və Bakı birgə müəssisələrin yaradılmasında maraqlıdır" - Tokayev

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu - YENİLƏNİB

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR

"Qazax qardaşlarımız Müslüm Maqomayevin repertuarından mahnı ifa ediblər" - Hikmət Hacıyev

Sahibə Qafarova-Alen Simonyan görüşü keçirilib - YENİLƏNİB

“Orta dəhlizin inkişafı” birgə layihəsi regiona nə vəd edir?
