Ataqutu Taqot edənlər indi "dağıdılır" deyir: Əslində isə...
Hazırda erməni media orqanları Xocavənd rayonunun Ataqut kəndinin fotolarını paylaşaraq məzlum erməni obrazında şivən qoparırlar. Ermənilər iddia edir ki, işğal olunduqdan sonra adını Taqot etdikləri Ataqutu guya Azərbaycan dövləti dağıtmaqla məşguldur.
Adalet.az xəbər verir ki, jurnalist və blogger Ararat Petrosyan fevralın 18-də özünün Telegram kanalında foto yayımlayıb və ermənilərin içinə "lov" salıb.
O iddia edib ki, Ataqutda (Taqot) evlər, həyətlər sökülür.
Xatırladaq ki, Xocavəndin Ataqut kəndi Qarabağ dağ silsiləsinin ətəyində, Tuğ inzibati ərazi vahidində, rayon mərkəzindən 55 kilometr cənub-qərbdə, Ataqutçay sahilində yerləşir.
Ermənilərin yaydığı yalanlara Azərtac-ın həmin kənddən 2022-ci ildə hazırladığı reportajdan olan fotoları diqqətinizə çatdırırıq və görün ki, 32 il ermənilərin işğalında inləyən Ataqut nə günlərə qalıb. Sizcə, yöndəmsiz, ömründə təmir görməyən , xarabalığı xatırladan bu məkanı sökmək lazımdırmı, deyilmi?
Əntiqə Rəşid
Digər Xəbərlər
26 Oktyabr 2026 13:52
Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
26 Oktyabr 2026 13:34
Oktay Saral vəzifəsindən ayrıldı - RƏSMİ
26 Oktyabr 2026 13:21
PREZİDENTİN XANKƏNDİ, XOCALI VƏ AĞDƏRƏ RAYONLARI ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ VƏZİFƏSİ BOŞDUR
26 Oktyabr 2026 13:15
BİR MİLLƏT, İKİ DÖVLƏTİN BİRGƏ ŞARKISI
26 Oktyabr 2026 11:44
Bakıda ağacları kəsərkən qayda pozdu - İşdən çıxarıldı
26 Oktyabr 2026 11:43
Azad edilmiş ərazilərdə daha 164 mina aşkarlandı
26 Oktyabr 2026 10:13
Dövlət Agentliyində struktur dəyişikliyi, yeni kadr təyinatları: SİYAHI
26 Oktyabr 2026 10:11


Bakı -°C


