adalet.az header logo
  • Bakı -°C
26 Oktyabr 2026 11:43
73
GÜNDƏM
A- A+

Azad edilmiş ərazilərdə daha 164 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (19.10.2026-25.10.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Adalet.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 122 piyada əleyhinə mina, 42 tank əleyhinə mina, 526 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 997 hektar ərazi mina və PHS-lərdən təmizlənib.