Sabahın hava proqnozu açıqlandı
Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Adalet.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Səhər saatlarından yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-15, gündüz 17-20 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.
Digər Xəbərlər
19 Noyabr 2026 22:26
Prezidentin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
19 Noyabr 2026 13:00
AZAL Naxçıvan əhalisinə niyə zülm edir? - Elxan Şükürlü yazır
19 Noyabr 2026 11:56
Hikmət Hacıyev: Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik
19 Noyabr 2026 11:35
“Dünya misli görünməmiş kiberdəyişikliklərin başlanğıcındadır” - DTX-nin rəis müavini
19 Noyabr 2026 11:27
"Süni intellekt informasiya müharibələrinin xarakterini dəyişib" - Dövlət Xidmətinin rəisi
19 Noyabr 2026 11:03
İlqar Musayev: Süni intellekt informasiya müharibələrinin xarakterini dəyişir
19 Noyabr 2026 10:59
“Zəfərdən sonra Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb”
19 Noyabr 2026 10:07


Bakı -°C

