Atasını satıb həbsdən çıxdı
Türkiyədə aparılan genişmiqyaslı çirkli pulların yuyulması istintaqında mühüm hadisə baş verib.
Adalet.az xəbər verir ki, tanınmış siyasətçi, millət vəkili Mustafa Sarıgülün oğlu Əmir Sarıgül peşmanlıq müddəalarından yararlanaraq həbsdən azad edilib.
Noyabrın 4-də Əmir Sarıgül barəsində ev dustaqlığı formasında məhkəmə nəzarəti tədbiri seçilib. Onun azadlığa buraxılması prokurorluğa verdiyi əlavə ifadələrdən sonra baş verib.
Əmir Sarıgül ifadəsində atası Mustafa Sarıgülün müxalifət lideri Özgür Özələ müxtəlif vaxtlarda böyük məbləğdə pul verdiyini bildirib. Onun sözlərinə görə, partiyanın baş qərargahının təchiz edilməsi üçün Ankara şəhərində restoranlardan birinin qarşısında Özgür Özəlin avtomobilinə 250 min dollar yerləşdirilib.
Sarıgül daha bir hadisəni açıqlayaraq atasının 100 min dolları iki bahalı şərfin olduğu hədiyyə paketinə qoyduğunu və Ankarada Özgür Özələ çatdırdığını bildirib.
Bundan başqa, Əmir Sarıgül partiyaya məxsus avtobusun səs sisteminin və salonunun hazırlanması üçün də atasının 250 min dollar və ya avro verdiyini bildirib. O, həmin məlumatları atasından eşitdiyini söyləyib.
İfadədə ailədaxili böyük maliyyə mübahisəsi də üzə çıxıb. Əmir Sarıgül anasından ona qalan mirasın atası tərəfindən illərlə verilmədiyini, sonradan beş daşınmaz əmlakın ona təhvil verilməsi barədə razılaşma əldə olunduğunu bildirib. Onun sözlərinə görə, əmlakların verilməyəcəyi halda 50 milyon dollar ödənilməsini nəzərdə tutan sənəd də imzalanıb.
Əmir Sarıgül istintaqa verdiyi ifadədə həyatının təhlükədə olduğunu bildirərək dövlət mühafizəsi tələb edib. O, iki qızının qayğıya ehtiyacı olduğunu əsas gətirərək azadlığa buraxılmasını istəyib.
Özgür Özəl isə noyabrın 3-də verdiyi açıqlamada pul alınması barədə ittihamları rədd edib. O, xüsusilə yay aylarında şərf paketində pul verilməsi barədə deyilənləri şübhə altına alıb.
İstanbul Baş Prokurorluğunun apardığı istintaq ölkə daxilində və xaricində yaradılmış şirkətlər vasitəsilə böyük məbləğdə vəsaitin yuyulması şübhələri ilə bağlıdır. Oktyabrın 21-də həbs edilən Emir Sarıgülün qardaşı Ömer Sarıgül və ailə üzvləri ilə əlaqəli digər şəxslər də istintaqa cəlb olunublar.
Noyabrın 2-də iş üzrə daha dörd nəfərin həbsinə qərar verilib. Mustafa Sarıgüllə bağlı materiallar isə onun millət vəkili statusu nəzərə alınaraq ayrıca araşdırılması üçün Ankara Baş Prokurorluğuna göndərilib.
Digər Xəbərlər
05 Noyabr 2026 07:45
Kozinoğlunun ölümü ilə bağlı hesabat açıqlandı - Detallar
05 Noyabr 2026 07:44
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
05 Noyabr 2026 07:43
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
05 Noyabr 2026 07:40
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
05 Noyabr 2026 07:40
Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər
05 Noyabr 2026 07:39
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
05 Noyabr 2026 07:37
Faciəyə görə istefa verdi - Həmin qəza səbəbindən işdən çıxan nazirin yerinə gətirildi
04 Noyabr 2026 23:15


Bakı -°C

