Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı
Atatürk Universitetinin Açıq və Distant Təhsil Fakültəsi tərəfindən Azərbaycanın paytaxtı Bakıda məzun mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, Atatürk Universitetinin rektoru, professor Ahmet Hacımüftüoğlunun iştirakı ilə baş tutan tədbirdə 2026–2027-ci tədris ilinin 200-ə yaxın tələbəsi məzun sevincini yaşayıb.
Tədbirdə Türkiyə ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri xüsusi vurğulanıb.
Proqram Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Atatürk Universiteti və Açıq və Distant Təhsil Fakültəsinin fəaliyyətindən bəhs edən təqdimat filmləri nümayiş etdirilib.
Atatürk Universitetinin rektoru professor Ahmet Hacımüftüoğlu məzunları təbrik edib, onların təhsil müddətində əldə etdikləri uğurların əhəmiyyətindən danışıb.
Daha sonra Azərbaycan xalq rəqsləri nümayiş etdirilib və musiqi proqramı təqdim olunub.
Tədbir çərçivəsində təhsil müddətində yüksək nəticə göstərən tələbələrə hədiyyə və plaketlər təqdim olunub.
Daha sonra 2026–2027-ci tədris ilində məzun olan 200-ə yaxın tələbənin adları bir-bir səsləndirilib və onlar səhnəyə dəvət ediliblər. Tələbələr simvolik məzun sənədlərini rektorun əlindən alaraq bu əlamətdar günü ailələri və tədbir iştirakçıları ilə birlikdə qeyd ediblər.
Təxminən 200 məzunun iştirakı ilə keçirilən mərasimdə geri sayımın ardından tələbələr keplərini havaya ataraq məzun olmalarını böyük coşqu ilə qeyd ediblər.
Sonda protokol üzvləri, akademik heyət, məzunlar və onların ailə üzvləri ilə xatirə fotosu çəkdirilib.
Atatürk Universitetinin Açıq və Distant Təhsil Fakültəsinin Bakıda keçirdiyi məzun mərasimi kokteyllə başa çatıb.
Digər Xəbərlər
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14


Bakı -°C

