adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Iyul 2022 13:03
3259
MÜSAHİBƏ

“Autizm və onun həlli” — MÜSAHİBƏ

Dövrümüzdə bir çox xəstəliklər getdikcə aktuallaşmaqdadır. Adını tez-tez eşitdiyimiz bir çox terminlərdən biri də autizmdir. Bu mövzu əslində çox həssas və vacibdir. Mövzu ilə bağlı müsahibimiz tanınmış klinik psixoloq, psixoterapevt Amerika Psixoloqlar Asossasiyasının üzvü, Rövşən Nəzərlidir.
 
Rövşən bəy ümumiyyətlə autizm nədir və ya bu sindromun əlamətləri haqqında nə söyləmək olar?
İlk öncə onu deyim ki, Autizmə sadəcə xəstəlik və ya sadəcə sindrom kimi baxmaq olmaz. Çünki xəstəlik deyil. Ona görə ki, vücudla əlaqəsi yoxdur. 1911- ci ildən bu günə qədər əsas səbəbi axtarılsa da nəticə alına bilinməyib. Buna səbəb bu günə qədər yalnız tibbi yöndən araşdırılma aparılmasıdır. İlk vaxtlar psixatrik xəstəlik kimi tanınsa da, sonradan nevroloji xəstəlik kimi daha sonra yenidən psixi xəstəlik kimi qeyd edildi. Son dövrlərdə isə yalnız spektr pozuntusu kimi qeyd edilir ki, bu isə ən böyük yanlışdır. Çünki, sindrom olaraq qəbul edildikdə araşdırma aparıla bilmir. Yuxarıda qeyd etdiyim kimi, autizmə nə xəstəlik nə də sindrom kimi baxmaq olmaz. Çünki, araşdırmanın aparılması üçün ilk öncə nəyin harada araşdırılacağı bəlli olmalıdır. Ona görə də autizmə həkim psixiatr, psixoloq, korreksion pedaqoq və nitq terapevtinin qrup şəklində ixtisaslaşdırılmış formada yanaşması vacibdir.

Dünyada autizm diqanozu qoyulan uşaqların sayı getdikcə artır. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu gün cəmiyyətimizdə ixtisaslar qarışıb. Belə ki, pedaqoq özünü psixoloq kimi təqdim edir, psixatr seans qəbul edir, loqoped eyni zamanda pedoqoqluq, psixoloqluq edir. Belə oluqda şəxşi mənafelərdən başqa bir nəticə alınmır. Cəmiyyətin autizmin nə olduğunu bilməsi üçün ilk olaraq öz peşəsini dərk edən, missiyasını anlayan kadrların olmasına ehtiyac var.

Bu gün cəmiyyətdə bir çox uşağa autizm diaqnozu qoyulur. Bunun nə qədər qanuni olduğuna isə heç kim nəzarət etmir. Mən incə və həssas bir məqamı vurğulamaq istəyirəm ki, autik uşaqların analarının mariflənməsinə çalışılmalıdır. Əgər ana uşağının sosial mühitdə öz yerini tapmasını istəyirsə, mütləq şəkildə öz övladına xəstə kimi deyil, olduğu kimi qəbul etməyi bacarmalıdır. Bunu edərsə övladınına baxışı dəyəşəcək ki, bu da uşağın hisslərini tam və səmimi ifadə etməyə dəstək verəcəkdir.

Əziz dostum- rəhmətlik tanınmış psixoterapevt Dəyanət Rzayevində ən yaralı yeri elə bu məqam idi. Hər zaman ürək ağrısı ilə ifadə etdiyi bu idi ki, autizmlər mərkəzlərdə yox ailələrdə sağalmalıdır. Amma nədənsə bu gün də buna şahid ola bilmirik.

Erkən müdaxilə və düzgün yanaşma ilə autizmli şəxslərin cəmiyyətə inteqrasiyası mümkün ola bilər. Bunun üçün də əvvəlcə valideynlərin maariflənməsi və düzgün diaqnostika ciddi əhəmmiyyət kəsb edir.

Autizm uşaqlar: - Başqa uşaqların oyunlarına maraq göstərmir.

- Ünsiyyət qurmaqdan qaçır.
- Ətraf şəraiti hiss etmir.
- Əllərini yelləyir,
- Göz kontaktı qurmur.
- Durduğu yerdə öz ətrafında dönmə
- Ürək bulanma, qaytarma və s.

Bu əlamətlərin olması o demək deyil ki, uşaq autizmdir. Diaqnoz qoymaq məsuliyyətdir, ciddi bir məsələdir. Ancaq bir çox mərkəzlərdə autizim diaqnozu qoymaq adət halını alıb. Bu isə sadəcə cinayətdir. Cinayətin baş verməsində əsas səbəbkar isə əsasən valideynlərdir. Çünki, valideyn hüquqi əsası olmayan bir mərkəzə və ya o mərkəzdə iki sertifikatı olan mütəxəssis tərəfindən diaqnoz qoyulmasına şərait yaratmamalıdır. Valideynlərin isə bu haqda heç bir məlumatı olmaması öz övladlarının məhvinə gətirib çıxardır.

Nə qədər ki, cəmiyyətdə mariflənməmiş valideynlər var, bir o qədər də saxta diaqnoz qoyub uşaqları məhv edən cinayətkarlar olacaq.

- Autizm sindromunu müqayisə etmək üçün konkret olaraq hansı əlamətləri əsas götürmək lazımdır?

- Autizm daha çox sözlü danışma ilə bağlı olan problemlər də daxil olmaqla, ünsiyyət, davranış və sosiallaşmanın pozulmasında özünü göstərən, təkrarlanan hərəkətlərə meyilli olan, dəyişmə, adaptasiya çətinlikləri ilə müşahidə edilir.
Motorikanın və nitqin pozulması ilə nəticələnən, uşağın sosial münasibətlərinin qurulmasında çətinliklərin yaranmasına səbəb olan psixi inkişaf ləngiməsi-autizm adlanır.

Ümumiyyətlə belə əlamətlərin internetdə və ya sosial şəbəkələrdə yayılmasının əleyhinəyəm. Çünki, tam məlumat olmadan iki əlaməti əzbərləyib özlərini alim sayan insanlar var. Önəmli olan əlamətlər deyil, bu əlamətlərin baş vermə səbəbidir.

Bəzi əlamətlərə baxa bilərik:
Özünə xətər yetirmə;
Yuxunun pozulması;
Qıcolmalar;
Ağrı həddinin dəyişməsi;
Motorik inkişaf; 

Bu hallar varsa, demək ki, uşağın düşüncəsində nələrsə baş verir. Uşaq bu hərəkətləri sadəcə düşüncəsiz formada etmir. Onun daxilində, düşüncəsində hər hansı fikirlər var ki, bunun nəticəsində o bu davranışları sərgiləyir. Bu davranışlar onun ünsiyyət qurma yoludur. Onları bizdən fərqləndirən məhz bu ünsiyyətləridir. Valideynlər və ya pedaqoqlar isə uşağa zor gücünə nəsə etdirməyə çalışırlar ki, bu qətiyyən olmaz. Çünki, o uşağın düşüncəsində nələrin baş verdiyini anlamadan ona nəsə öyrətmək və ya təlqin etmək sadəcə onda aqressiya oyadır.

Hər hansı yetkin insan affekt vəziyyətində  əlini yelləyə, gecələr yatmaya, özünə xətər yetirə bilər. Bu halda ətrafındakı insanlar onunla ünsiyyət quraraq onun düşüncələrini aydınlaşdırmaq üçün ona suallar verirlər. Nəticədə o yetkin insanda başına gələn hadisəni, gözünə görsənən nəməlum varlığı və ya eşitdiyi reallıqda olmayan və ya olan bir səsləri bizə bildirə bilər. Amma autizmin belə bir şansı yoxdur. Çünki, onun bizim kimi ünsiyyət qurma imkanı  yoxdur. Belə bir durumda autizm uşaq müəyyən bədən üzvlərinin hərəkəti ilə bizə nələrisə bildirməyə çalışır. Bizə düşüncələrini, gördüklərini, eşitdiklərini, hiss etdiklərini ifadə etmək üçün çalışır.

Belə durumda ananın və pedaqoqun vəzifə borcudur ki, uşaqla ünsiyyətin metodunu tapsın. Amma bu gün cəmiyyətdə başqa bir yöndə işlər görülür. İfadəmə görə üzr istəyirəm. Sanki sirkdə çıxış üçün hər hansı canlını əhlilləşdirirlər kimi davranışlar sərgilənir. Belə ki, ayının təbiətinə uyğun olmayan davranışları ona təlqin etmək üçün necə o ayıya zülm edilirsə, eynən bu uşaqlara da eyni zülm edilir.

2011-2012-ci illərdə autizm spektrının pozulması rəsmi olaraq məktəblilərin 2%-də qeydə alınıb. Ümumi statistikaya görə, oğlanlar qızlara nisbətən 4-6 dəfə daha çox nevrotik reaksiyalar nümayiş etdirir. Bu statistikadan isə anlamaq olur ki, cəmiyyətdə ünsiyyət problemi var.

 - Autizmli bir uşağın ən çox əziyyət çəkdiyi nədir?

- Autizm fərqlilikdir, muxtariyyatlılıqdır, amma duyğusuzluq deyil. Cəmiyyətə verilən informasiya isə əksinədir. Bir çox psixiatrlar, psixoloqlar və ya digər elm adamlarının verdiyi məlumata əsasan autizm uşaqda hiss olmur. Məni isə bir məqam düşündürür: şüur insanda hissi formalaşdırır, hiss isə davranışı. Belə olan halda davranış varsa, demək hiss var, hiss varsa demək ki, bu uşaq hər nəsə haqqında düşünür. Deməli, düşüncə var. Düşüncə varsa ünsiyyətə ehtiyac var. Çünki, insan sosial varlıqdır. O sosiallığı, yəni onu anlayan, duyan, onunla ünsiyyət qurmağı bacaran insanları axtarır və tapmadıqca qapanır. Məhz bu o qapanmadır ki, hər kəs autizmi qeyri sosial zənn edir. Ona bu səbəbdən də ünsiyyət qurmadan zülm edirlər.

Autizimli uşaq duyğusal olur. Sadəcə öz duyğularını ifadə edə bilmir. Çünki, ifadə etmək imkanı olmur. Bunun isə günahı onu anlamayan cəmiyyətdə olmasıdır. Əgər uşağın duyğuları  təhlil olunarsa, onun davranışlarından hissləri təyin olunarsa autizm uşaq ətrafı anlayarsaŞ onunla düzgün ünsiyyət qurularsa bu zaman o autizm bir dahiyə çevrilər.

Əgər cəmiyyətdə autizm uşaqlar çoxdursa, demək bu cəmiyyətin dahilərə ehtiyacı var. Bizə bəllidir ki, hər bir dahi ilk zamanlar təzyiqlərə məruz qalır. Cəmiyyət onu anlamır, onun dedikləri, etdikləri cəmiyyətə zidd olur. Bu da normaldır. Belə olmasaydı o dahi olmazdı. Autizm uşaqla o dahi arasında fərq odur ki, tanıdığımız və bildiyimiz dahilər yetkin yaşlarına çatdıqdan sonra cəmiyyətə yeni informasiya veriblər. Bu səbəbdən də cəmiyyət tərəfindən təzyiqlərə məruz qalıblar. Bu zaman isə onların artıq ünsiyyət qurma  və müəyyən qədər özlərini müdafiə etmə bacarığı olmuşdur.

Autizm isə ilk gündən fərqli olduğunu bildirir. Beləliklə də hələ beşikdə olan dahi məhv edilir. Yəni cəmiyyət ona heç ünsiyyət qurmağı belə öyrətmir. Ona yalnız əmrlərə tabe olmağı təlqin edir. Cahanın isə heç zaman dəyişməyən bir qanunu var, dahilər heç zaman təslim olmurlar.

Tarixə nəzər salsaq görə bilərik ki, Məhəmməd peyğəmbər cəmiyyət tərəfindən öldürülmək istənildi, İsa peyğəmbəri çarmıxa çəkdilər, Teslanı  məhv etdilər, Freyd bu gündə tam qəbul edilmir. Yəni cəmiyyət heç zaman öz dahilərini yaratmır, onları məhv edir. Məhv etdikdən sonra isə onu ucaldır.

Autizm uşaqların ən çox əziyyət çəkdikləri məqamda elə budur-  özlərini ifadə edə bilmədən məhv edilmələri,özlərini göstərmədən, ünsiyyət qirmadan məhv olmaları. Uşaq olduqları üçün mübarizə apara bilmirlər. Özlərini təqdim edə bilməyən dahiciklər isə cəmiyyətin kütləri tərəfindən sadəcə əzilirlər.

Bu halı anlamaq üçün heç də autizmə baxmağa ehtiyac yoxdur. Ailələrdə ünsiyyət problemləri artmaqda davam edir. Ər-arvad arasında ünsiyyət sıfır halındadır, bir tək mövzu maddiyatdır. Bu cəmiyyətdə olmaq istəməyən və bu cəmiyyəti dəyişmək üçün gələn bu mələklərin isə cahil insanlar tərəfindən məhv edilmələri onların ən çox əziyyət çəkdiyi məqamdır.

Bir anlıq  düşünək: biz yad bir ölkədəyik, onların dilini bilmirik eyni zamanda onlarda bizim. Və biz nəsə istəyirik. Bu zaman biz ətrafa özümüzü ifadə edə bilməyəcəyik. Etməyə çalışsaq da onlar bizi anlamayacaqlar. Beləliklə də bizdə aqressiya formalaşacaq, davranışlarımız pozulacaq. Müəyyən etik olmayan davranışlar sərgiləyərək ətrafa nələrisə izah etməyə çalışacağıq. Biz bunu etdikcə isə ətraf bizə daha ciddi zor tətbiq edərək bizi təhlükəli bir obyekt kimi görməyə başlayacaqlar. Bu zaman isə bizdə artıq  aqresiya deyil, psixi pozuntu yaranacaq. Indi gəlin  düşünək: o uşaq psixi pozuntuludur ya biz onun psixikasını pozduq? Bəs sizcə günahkar o uşaqdır yoxsa savadsız valideyn ya “savadlı psixoloq, psixatr və ya psixopedaqoq”?

Cavab verən olarsa çox sevinərəm.!!!

- Bu sindrom ilk olaraq hansı yaşda özünü göstərir?

- Ümumilikdə insanda psixi inkişafın öz mərhələləri var. Uşaq dünyaya gəldiyi andan 3 yaşa qədər onda mən formalaşır. 

Bu dövrdə sadəcə onda anadan aldığı informasıya olur. Bu formalaşma mərhələsində uşaq öz mənini necə formalaşdırırsa, o formada da bütün həyatını yaşayır. Bu mərhələ özünü dərk etmə mərhələsidir. Təbii ki, bu dönəmdə uşaq qapanırsa, ətrafda baş verənlərə reaksiya vermirsə, demək artıq şübhəli bir vəziyyət var. Bu hallar ilk gündən başlasa da böyüklər 18 aylığında görməyə başlayırlar. Çünki, uşaqla 18 ayına qədər heç bir ünsiyyət qurmadan, 1 yaş yarımında artıq ondan ünsiyyət tələb edirlər. Belə ki, bu yaşdan sonra adətən uşaqlar ətrafla müəyyən ünsiyyət qurmağa başlamalıdır. Mütləq deyil ki, bu ünsiyyət nitq vasitəsi ilə olsun. Əsl ünsiyyət müəyyən jestlər və mimikalarla qurulur.

Bu yaş mərhələsində jestlər və mimikaların olmaması artıq uşaqda müəyyən hisslərin qapandığını və başqa hisslərin aktivləşdiyini göstərir. Bizə məlumdur ki, bir fərdin bir duyğu üzvü qapanırsa digər duyğu üzvü aktivləşir. Bu səbəbdən də fərd ya tipik ya atipik olur. Beləliklə, 18 aydan 30 aya qədər ilkin əlamətlər nəzarətə götürülür.

XBT-10  (Xəstəliklərin Beynəlxalq Təsnifatı ) əsasən autizmin kodlaşdırılması F.84 Uşaq autizmi inkişafın ümumi tip pozğunluğu kimi kodlaşdırılır: 

a) 3 yaşına qədər inkişaf ləngiməsi və anomaliyası, 
b) Məhdud, stereotip və monoton davranışda, ünsiyyət funksiyalarında və ekvivalent sosial qarşılıqlı təsirlərdə psixoloji dəyişiklərlə müəyyən olunur.

F.85 Atipik autizm kodu ilə kodlaşdırılan kodlaşması ümumi inkişaf pozğunluğu olub, uşaq autizmindən pozğunluğun başlanma vaxtına görə və ya uşaq autizmi diaqnozunun qoyulması üçün zəruri olan patoloji  pozğunluq triadasının olmaması ilə fərqlənir. İnkişaf ləngiməsi və anomaliyası 3 yaşından sonra inkişaf etdikdə və uşaq autizmi diaqnozu qoymaq üçün psixopatoloji triadadan biri və ikisi aydın təzahür etmədikdə istifadə etmək tövsiyə olunur. Atipik autizm ən çox dərin inkişaf ləngiməsi olan və ağır, spesifik reseptiv  nitq pozğunluğu olan şəxslərdə rast gəlinir.
Bu ilə qədər bütün diaqnozlar XBT 10 təstiq edilib kodlaşdırılsa da bu il XBT 11 təyin edilmişdir.

Autizm spektrinin pozulması  (6A02) yəni İntellektual inkişaf pozğunluğu olmayan və funksional dildə yüngül və ya heç bir pozulma olmayan autizm spektrinin pozulması  6A02.0 kodu altında kodlaşdırılmışdır.
Autizmlə bağlı

DSM V (Diagnostic and Statistical Manual of Mental Disorders, Psixi pozğunluğu Diaqnostik və Statistik Təlimatı) 

Amerika Psixoloqlar Assosiasiyası qeyd etmişdir ki, aşağıdakılara sahibdir:
 - Digər insanlarla ünsiyyət və qarşılıqlı əlaqədə çətinliklər vardır, 
-  Maraqları məhdudlaşdırılıb və təkrarlanan davranışları var,
- Mövcud simptomlar şəxsin məktəb, iş və həyatının başqa sahələrində şəxsi  qabiliyyətləri ilə bağlı funksiyalarına neqativ təsir edir.

Ümumilikdə ununtamalatyıq ki, ünsiyyət son həddə nitqlə baş verir. İlkin ünsiyyət isə jestlər vasitəsi ilə baş verir. Beləliklə də bizim hisslərimizin ifadəsi əsasən üz ifadəmizdə özünü göstərir.
Uşaqlarda gülüş reaksiyasiyası tam olaraq, 3 aylığında özünü göstərir.
Kədər reaksiyası 3-4 aylığında özünü göstərir.
Qorxu ifadəsi 7 aylığında özünü göstərir.

Günahkarlıq, utanc kimi hisslər əsasən bir yaşın sonunda özünü göstərir.

Unutmamalıyıq ki, insan mütləq tərbiyə olunmalıdır. Əgər valideyn ilk aylardan hətta günlərdən uşaqla ünsiyyət qurmağa başlayarsa uşaqda göz kontaktı qurulmağa başlayacaqdır. Bu isə uşağın üz ifadələrində onun nə hiss etdiyini və ya nə düşündüyünü təyin etməkdə bizə kömək olacaq. Autizmdə anlama, dərk etmə, hissini bildirmə yoxdursa, bu o demək deyil ki, onda təmməlli yoxdur. Sadəcə hisslərin inkişafı zamanı onunla məşğul olunmadığında uşaqda geriləmə formalaşır. Bu da gələcəkdə uşağın hisslərinin korlanmasına səbəb olur.

Bəzi valideynlər uşaqda inkişafı yalnız 3 yaşdan sonra gözləyir.  Çünki, diaqnoz 3 yaşdan sonra qoyulur. Bir məqamı unuduruq ki, əgər uşaqla 3 yaşa qədər heç bir ünsiyyətimiz olmayıbsa ondan nə gözləyə bilərik? Uşaqların özlərini dərk etmələri üçün mütləqdir ki, öz hisslərini anlasınlar. Sonra ətrafın hissini və öz keçirdiyi hissi ətrafa bildirsin. Bu ilkin ünsiyyətdir. Bu hala ailə üzvləri tərəfindən ciddi yanaşılmalıdır.

Hər bir durumun mütləq bünövrəsi vardır. 3 yaşında üzə çıxan autizmin təməli isə ilk gündən başlayır.
         
 - Bu sindromdan əziyyət çəkənlərin psixoloji durumu necə olur və bununla bağlı nə kimi problemlər mövcuddur?

- Autizimin əsl səbəbi hələ tapılmayıb. Müxtəlif yanaşmalar olsa da əsas məqama toxunulmayıb. Yəni fərdi olaraq autizm uşaqlarda müəyyən hisslərdə qapanma, digərlərin də isə aktivləşmə müşahidə edilir. Bu hal onlar üçün komfort zonasına çevrildiyi zaman kənar müdaxilələr artmağa başlayır və müxtəlif yönlərdən onlara təzyiqlər olunur. Beləliklə də valideyn, pedeqoq və uşaq arasında mübarizə başlayır. Bu hallara ətafımızda çox rast gəlirik. Bir məqamı unutmamalıyıq ki, autizm uşaq da  bizim kimi normal insandır. Sadəcə olaraq onu bizdən fərqli edən hisslərini qarışdıran düşüncələridir. Bu günün reallığı budur ki, biz uşağın hansı düşüncədə olduğunu təyin edə bilmirik. Amma bədən dilindən hisslərini təyin etmək mümkündür.

Siz sual verirsiz ki, bu uşaqların psixoloji durumu necə olur. Gəlin bir anlıq düşünək. Siz istiliyi sevmirsiniz, soyuqda olmaq isə sizə həzz verir. Siz bu durumda rahatlıqla qışda nazik geyimdə çöldə gəzə bilərsiz və ətraf sizi normal qarşılayacaq. Niyə?- çünki siz özünüzü ifadə edə bilirsiniz. Amma uşağın bunu etmək haqqı yoxdur. Niyə? Çünki nə valideyin nə də pedoqoqu ona icazə vermir. Bunun səbəbini araşdırdıqda çox maraqlı bir məqam ortaya çıxır. Böyüklər deyir ki, “bu uşaqdır nə anlayır ki, soyuq nədir?”,  “o başa düşmür ki, xəstələcək”, “hava çox soyuqdur, nazik geyimdə çölə çıxmaq olmaz”, “ətrafda hər kəs mənim övladıma güləcək, çünki o autizmdir”,  “autizmlər belə olur, onların hissləri olmur”  və s.

Baxın, burada valideynlər və ya pedaqoqlar uşağın hisslərini deyil, öz hisslərini düşünərək uşaqdan bu davranışları tələb edirlər. Beləliklə də hisslər böyüklərin, davranışlar isə uşaqların olur. Bu halda olan uşağın psixoloji durumunu indi siz düşünün.

Əslində isə belə olmadır. İstənilən bir mərkəzdə və ya fərdi məşğul olan pedaqoq tərəfindən uşaqla fərdi tədqiqat aparılmalıdır. Yəni pedaqoq məşğul olduğu uşaqla dialoq qurmağı bacarmalıdır. Onun hisslərini, qorxusunu, sevincini, kədərini, düşüncəsini, nə demək istədiyini və nə etmək istədiyini anlamadır. Bu gün cəmiyyətdə uşaqlarla yalnız oyunlar və ya eyniləşdirmə işlənilir. Bu isə sadəcə zaman itkisidir. Pedaqoq uşaqda anlamanı formalaşdırmalıdır. Bunu reallaşdırmaq üçün isə ilk olaraq özü qarşısında oturanı anlamalıdır. Ciddi formada, komanda şəklində tədqiqat aparılmalı, nəzarət altında fərdi ünsiyyət qurma yolu analiz edilmədən o uşaqlarda heç bir irəliləyiş qeydə alına bilməz ki, bu günə qədərdə bunun şahidi olmadıq.

Valideynlərin mütləq şəkildə maariflənməsi lazımdır. Bu olarsa, onlar övladlarını kimə və niyə həvalə etdiklərini anlayacaqlar. Kimin çox sertifikatı var, kim daha çox tanınır, kim daha ucuz seans keçir deyə deyil. Övladını bir şəxsə deyil, sağlam komandaya etibar edəcək ki, fərdi tədqiqat aparılsın. Bu zamanda uşaqda ciddi irəliləyişlər və sağlam psixikanın şahidi ola bilərik.

İnsan psixikası elə bir alqoritmlə işləyir ki, istənilən durumu orada yaratmaqla davranış vasitəsi ilə gerçəkləşdirmək mümkündür. Nə qədər ki, biz uşaqlarla ünsiyyət qurma yolunu tapmayacağıq, bir o qədərdə onlara psixoloji zərbələr vuracağıq. Bir anlıq özümüzü düşünək: ətrafdakı insanlara nəsə başa salmağa çalışırsan, onlar səni dinləmir, səni anlamırlarsa səndə psixi pozuntular formalaşacaqdır. Bunun isə günahı onlar da deyil, bizdədir. Çünki biz ünsiyyət qura bilmirik. Heç buna cəhddə etmirik.

Bir məsəl var, deyir qardaşını tanıyırsan mı? Cavab verir ki, hələ yol yoldaşı olmamışam. Yəni tam səmimi iki fərd olaraq səmimi ünsiyyət qurmamışam, ona görə də tanımıram. Unutmamalıyıq ki, insanın nə hiss keçirdiyini və ya nə düşündüyünü anlamaq üçün mütləqdir ki, onunla ünsiyyət qurasan.

- Bir psixoloq olaraq, autizm diaqnozu qoyulan uşaqların valideynlərinə nə məsləhətləriniz var?
- Demək olar ki, hər zaman autizmli uşaqların valideynləri stressli olurlar. Bunun isə  3 səbəbi var:
-Uşaqların fərqli davranışları;
-Valideynlərin həkimlər və bu sahə üzrə fəaliyyətləri olan insanlarla yaranan problemlər;
- Ailələrinin və uşaqlarının yaşadığı problemləri başa düşməyən insanlarla problemlər.

Yuxarıda qeyd etdiyim 3 səbəb də yalnız bir faktor yer alır- Məlumatsızlıq. Valideynlər nə qədər çox maariflənərsə, bir o qədər stressiz yaşayacaqlar. Belə ki, hər hansı mərkəzə gedərkən mütəxəssisdən sertifikat yox savad tələb edəcəklər. Mütəxəssislərin verdiyi yalnış informasiyaya uymayacaqlar. Yanlış qoyulmuş diaqnoza aldanıb, övladlarını məhv etməyəcəklər. Anlama olan yerdə isə stress olmur.

Bununla bağlı biz Azərbaycanda İDDO proqramını gətirdik. Bu proqramın hədəfi uşaqları təhlil etmək, bu yolla onlarda xəstəlik yox qabiliyyətləri üzə çıxarmaqla Şəxsiyyəti tamamlanmasıdır. İDDO proqramı çərçivəsində İDDO analar klubu fəaliyyət göstərir ki, bunun da məqsədi anaların maariflənməsi üçündür.

Uşaqlar fərdi qabilliyyətlərin üzə çıxması və valideynlərin maariflənməsi nəticəsində övladlarına xəstə, anormal, dəli kimi deyil, fərd kimi baxacaqlar ki, onların fərdiyyətlərinin inkişafını təmin edəcəkdir. Bu uşaqlarında özlərinə məxsus missiyaları var ki, bu dünyaya gəliblər. Uşaqların inkişafını təmin etmək üçün onları anlamağımız vacibdir.

Mən son olaraq demək istəyirəm ki, bütün valideyinlər uşaqları mərkəzlərə aparmaq əvəzinə heç olmasa 1il özləri maariflənsin. Amma nağıllara inanaraq deyil, elmi əsası olan elmlə maariflənsinlər. Beləliklə də cəmiyyətdə xəstəliklər deyil, dahilər formalaşacaq.
 
 
Söhbətləşdi : BÜNYAMİN BÜNYADZADƏ