Autizmli uşağı döyən psixloqla bağlı rəsmi açıqlama
Şirvan şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən mərkəzlərin birində psixoloq Ceyran Muradovanın autizmli uşağa göstərdiyi fiziki şiddət kadrları geniş ictimai qınaq obyekti olmuşdu.
Adalet.az xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, baş verən hadisə ilə bağlı Şirvan Şəhər Polis Şöbəsinə müraciət daxil olub. Hazırda fakt üzrə müvafiq araşdırma aparılır.
Məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlərin görüldüyü bildirilib. Araşdırmanın nəticəsinə əsasən qadınla bağlı hüquqi qiymətin veriləcəyi gözlənilir.
Qeyd edək ki, Ceyran Muradova özünün rəhbərlik etdiyi "Neopsy Clinic"də psixoloq kimi fəaliyyət göstərir.


Bakı -°C

