Avropa İqtisadiyyatı enerji böhranı ilə üz-üzədir - Orban
Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, Avropa iqtisadiyyatı enerji böhranı ilə üz-üzədir.
Adalet.az xəbər verir ki, bu barədə Macarıstanın hökumət başçısı "X" sosial şəbəkəsində yerləşdirdiyi videomüraciətində bildirib.
"Biz vəziyyəti Robert Fitso ilə (Slovakiyanın Baş naziri - red.) müzakirə etdik, çünki Avropada vəziyyət kritikdir. Ciddi enerji böhranı yaxınlaşır və o, gündən-günə sürətlənir. Avropa iqtisadiyyatı enerji daşıyıcılarının çatışmazlığı və bunun nəticəsi olaraq qiymət artımı ilə üz-üzədir", - Orban deyib.
Onun fikrincə, təhlükə qaçılmazdır və bunun qarşısını yalnız o halda almaq mümkündür ki, Avropa İttifaqı (Aİ) öz neft və qaz ehtiyatlarını mümkün qədər tez təmin etsin.
"Hər gün önəmlidir. Buna görə də biz tələb edirik ki, Brüssel Rusiya energetikasına qarşı sanksiyaları və məhdudiyyətləri dərhal ləğv etsin", - Orban qeyd edib.
O, həmçinin Aİ-ni "Drujba" neft kəmərinin fəaliyyətinin dərhal bərpa edilməsi üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq göstərməyə çağırıb.
"Rusiya energetikasından imtina etməyi, Brüssel üçün daha bahalı və əlçatmaz olan enerji siyasətinə keçməyi təklif edən planlar isə rədd edilməli və kənara atılmalıdır. TISZA-nın (Macarıstanda siyasi partiyası - red.) enerji keçidi planı atılmalıdır, çünki bu gün Macarıstana sabitlik və təhlükəsizlik lazımdır", - Baş nazir əlavə edib.
Digər Xəbərlər
23 May 2026 08:48
İran parlamenti Trampa qarşı sui-qəsdə görə mükafat təyin edəcək
23 May 2026 08:20
Tramp İrana qarşı sonuncu əməliyyata hazırlaşır
23 May 2026 08:18
Bloomberg: Rusiya müharibəni 2026-cı ilin sonuna qədər başa çatdırmaq istəyir
23 May 2026 07:57


Bakı -°C

