Avropa Liqası: "Qarabağ" "Molde" səfərində
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Adalet.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Norveçdə "Molde"nin qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Erik Lambrextsin başçılıq etdiyi belçikalı hakimlər briqadası idarə edəcək.
6 xala malik komandalar H qrupunda 2-3-cü yerləri bölüşdürürlər. Azərbaycan çempionu qələbə qazanacağı təqdirdə Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirəcək.
Qrupun digər matçında Almaniyanın "Bayer 04" klubu İsveçdə "Hakken"in qonağı olacaq. Bu oyun da eyni saatda başlayacaq.
UEFA Avropa Liqası
Qrup mərhələsi, V tur
00:00. "Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika).
Norveç. Molde stadionu.
Digər Xəbərlər
05 Oktyabr 2026 20:00
Balde "Arsenal"ı seçdi
05 Oktyabr 2026 19:38
Prezident Əhmədə nə dedi? - FOTOLAR
05 Oktyabr 2026 19:11
"Real Madrid" Arda Gülerlə yeni müqavilə imzalayır
05 Oktyabr 2026 16:42
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” aldı
05 Oktyabr 2026 10:22
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
05 Oktyabr 2026 10:14
Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
05 Oktyabr 2026 09:33
Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək
04 Oktyabr 2026 19:21


Bakı -°C

