Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
Türkiyə millisinin futbolçusu Kənan Yıldız 2027-ci ilin yayında İspaniya təmsilçisi "Real"a keçə bilər.
Adalet.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Yuventus" klubu 2026/2027 mövsümünün yekunlarına əsasən, UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, 21 yaşlı vingeri itirmək təhlükəsi ilə üzləşəcək.
Belə ssenari 100 milyon avro dəyərində qiymətləndirilən oyunçunun transferi ilə bağlı müzakirələrə yol açacaq.
Madrid təmsilçisi 2025-ci ilin qışında da futbolçunu heyətinə qatmaq istəyib.
Xatırladaq ki, Kənan Yıldızın "Yuventus"la müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub. Hazırda zədəli olan oyunçu ötən mövsüm 51 matçda 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Digər Xəbərlər
18 Noyabr 2026 16:21
Arda Güler 2032-ci ilədək "Real"da
18 Noyabr 2026 10:30
Portuqaliya yığmasında daha bir gərginlik: O da millinin düşərgəsini tərk etdi
18 Noyabr 2026 09:08
Millətlər Liqası: Danimarka Norveçə, Uels isə Portuqaliyaya uduzdu
17 Noyabr 2026 16:52
Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurdu
17 Noyabr 2026 09:24
UEFA Millətlər Liqası: Qrup mərhələsinə bu gün yekun vurulur
17 Noyabr 2026 09:09
“İndi Ronaldonun anasına da cavab verməliyəm?” - Jezusdan ironiyalı reaksiya
17 Noyabr 2026 00:18
Azərbaycan millisi Andorraya qalib gəldi
16 Noyabr 2026 19:27


Bakı -°C

