Avropa ölkələri Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirəcək - BƏYANAT
Avropa ölkələrinin liderləri Ukraynaya əsaslı hərbi və maliyyə yardımını davam etdirməyə və diplomatik dəstək verməyə hazır olduqlarını bəyan ediblər.
Adalet.az xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, bu barədə İtaliya, Fransa, Almaniya, Polşa, Böyük Britaniya, Finlandiya liderlərinin və Avropa Komissiyasının Prezidentinin birgə bəyanatında deyilir.
Bəyanatda ABŞ Prezidenti Donald Trampın münaqişənin dayandırılması, Ukrayna üçün ədalətli, davamlı sülh və təhlükəsizliyə nail olunması istiqamətində fəaliyyəti alqışlanıb. Eyni zamanda, aktiv diplomatiyanın vacibliyi vurğulanıb, diplomatik həll sayəsində Ukraynanın və Avropanın həyati təhlükəsizlik maraqlarının qorumasının vacibliyi qeyd olunub.
Avropa liderləri Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz öhdəliklərini vurğulayıblar. Bildirilib ki, sülh üçün ABŞ, Ukrayna dövləti və xalqı ilə sıx əməkdaşlıq davam etdiriləcək.
Digər Xəbərlər
08 Dekabr 2025 20:34
Paşinyan yeni müşavir təyin edib
08 Dekabr 2025 20:25
Peskov: ABŞ-Ukrayna danışıqlarının nəticələri barədə Kreml məlumatsızdır
08 Dekabr 2025 20:14
Putin gələn il üçün hökumətin qarşısına 6 vəzifə qoydu
08 Dekabr 2025 20:01


Bakı -°C

