Günəşli camaatına muştuluq?
Günəşli camaatı uzun müddət sizin marşrut sarıdan bəxtiniz gətirməyib.Həmin istiqamətdə hərəkət edən 104, 36, 50 saylı marşrutda işləyən avtobuslar köhnə olub, istismar müddətini başa çatdırıb.
Ona görə də, o avtobuslar tez-tez sıradan çıxaraq yarıyolda qalıblar. Sənişinlər yayda istidən, qışda soyuqdan əziyyət çəkiblər.Biz dəfələrlə bu marşrutlar barədə tənqidi yazılar vermişk. Və nə yaxşı ki, sənişinlərin və bizim səsimizi eşitdilər.
Artıq dörd aydır ki, 104 nömrəli marşrutda işləyən avtobuslar yenilənib və xəttə müsir tələblərə , standartlara cavab verən avtobuslar buraxılıb.Yeni Günəşli camaatının gözləri aydın! Belə ki, üç- dörd gündür ki, 36 nömrəli marşrutda işləyən avtobuslar da , yeniləri ilə əvəz edilib.
Bu isə insanlar rahatlıq gətirib. İndi qalıb bircə, 50 nömrəli marşrutda işləyən avtobuslar! 104-ün və 36 nömrəli marşrutun sağ əli 50 nömrəli marşruta olsun! Və tezliklə bu marşrutdakı avtobuslar da yenilənsə, Günəşli camaatı daha çox sevinər!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
10 Noyabr 2026 00:50
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
09 Noyabr 2026 20:07
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
06 Noyabr 2026 09:05
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI
05 Noyabr 2026 11:44


Bakı -°C

