Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan CAVAB
İran rəsmiləri 8 milyard dollarlıq dondurulmuş aktivlərin azad edilməsi müqabilində Hörmüz boğazının dəniz nəqliyyatına açılması barədə yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildiriblər. Tehran administrasiyası yalnız irəli sürdükləri şərtlərin yerinə yetiriləcəyi təqdirdə danışıqları qəbul edəcəklərini vurğulayıb.
Adalet.az-ın xəbərinə görə, “Fars" xəbər agentliyinə açıqlama verən və adı açıqlanmayan rəsmi şəxs səkkiz milyard dollar müqabilində boğazın yenidən açılması istiqamətində hər hansı danışıqların aparıldığını qəti şəkildə təkzib edib.
Bununla belə, bəzi beynəlxalq KİV-lər, o cümlədən İsrailin “Israel Hayom” qəzeti ABŞ Prezidenti Donald Trampın Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə İranın təkliflərini müzakirə etmək üçün görüşəcəyini iddia etmişdi.
Tehran rəhbərliyi Vaşinqtona qarşı irəli sürdüyü tələblərdə qətiyyətli olduğunu bildirib. Belə ki, İranın əsas tələblərinə dəniz blokadasının tamamilə qaldırılması, ticarət və neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçməsi üçün rəsmi zəmanətlər, birtərəfli sanksiyaların ləğv edilməsi, neft ixracına qoyulan məhdudiyyətlərə son qoyulması, xaricdə dondurulmuş aktivlərin sərbəst buraxılması, nüvə materiallarının ölkə daxilində saxlanması və mövcud hərbi qarşıdurmanın, eləcə də, müharibənin sona çatdırılması daxildir.
Digər Xəbərlər
10 Noyabr 2026 00:22
Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs...
10 Noyabr 2026 00:00
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
09 Noyabr 2026 23:47
Ermənistan və İranın Azərbaycana qarşı növbəti özbaşınalığı
09 Noyabr 2026 23:29
Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirildi - SƏBƏBİ - VİDEO
09 Noyabr 2026 23:17
İzmirdəki partlayışa görə 6 nəfər saxlanıldı
09 Noyabr 2026 21:12
İran İbrahim Kalının bəyanatını təkzib etdi
09 Noyabr 2026 21:05
Orbanın qardaşı insan qaçaqçılığına görə tutuldu - Madyarı qisasda ittiham etdi
09 Noyabr 2026 20:44


Bakı -°C

