adalet.az header logo
  • Bakı -°C
09 Noyabr 2026 23:47
86
DÜNYA
A- A+

Ermənistan və İranın Azərbaycana qarşı növbəti özbaşınalığı

İranın vitse-prezidenti Həmid Purməhəmmədinin iştirakı ilə Azərbaycanın İrəvandakı qədim tarixi abidəsi olan Göy Məscidin iclas zalına erməni şairi Yeqişe Çarentsin adı verilib.

Adalet.az xəbər verir ki, eyni zamanda Göy Məsciddə fars şairi Firdovsinin "Şahnamə" əsərinin erməni dilinə tərcüməsinin təqdimatı baş tutub.

Yaxın zamanlarda zala erməni şairin büstünün də qoyulması nəzərdə tutulur.

Qeyd edək ki, Göy Məscid qədim Azərbaycan memarlığının və İslam mədəniyyətinin ən nadir dini-tarixi abidələrindən biri sayılır. Göy Məscid (Hüseynəli xan məscidi) İrəvan şəhərində yerləşən tarixi məsciddir. Tikintisinə 1760-cı ildə başlanılan məscid 1764-cü ildə Azərbaycan xanı Hüseynəli xan Qacarın (1762–1783) dövründə tamamlanıb və onun şərəfinə adlandırılıb.