"Avropa Parlamentində Azərbaycana qarşı ədalətsiz qətnamə qəbul edilib" - Spiker
“Avropa Parlamentində Azərbaycana qarşı daha bir ədalətsiz qətnamə qəbul edilib. Təəsüflə qeyd olunmalıdır ki, Avropa Parlamenti bu addımı ilə Azərbaycanda real vəziyyəti əks etdirməyən və beynəlxalq hüquq prinsiplərinə zidd olan qeyri-obyektiv və qərəzli praktikasını davam etdirib”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.
MM sədri qeyd edib ki, bu qətnamə Avropa Parlamentinin dövlət suverenliyinə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə etinasız münasibətini əks etdirir:
"Sənəddə yer alan siyasi məhbuslar, siyasi təqiblər, akademik və mədəni hüquqların pozulması kimi ifadələr və digər ittihamları biz qətiyyətlə rədd edirik. Azərbaycan qanunun aliliyi, dövlət müstəqilliyi və öz vətəndaşları qarşısında cavabdehliyi prinsiplərinə əməl edir”.
Digər Xəbərlər
19 Dekabr 2025 12:29
Milli Məclis Amnistiya ilə bağlı qərar qəbul edib - YENİLƏNİB
19 Dekabr 2025 12:11
Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib - YENİLƏNİB
19 Dekabr 2025 11:01
Parlamentin iclası başladı
19 Dekabr 2025 10:36
Prezident konqres iştirakçılarına müraciət etdi
19 Dekabr 2025 10:35
“Həmin siyasi bazarın sülənənləri bu gün kəskin şəkildə quduzlaşıblar...”
18 Dekabr 2025 22:53
Ermənistan–ABŞ işçi qrupunun Tramp layihəsi üzrə iclası: nələr müzakirə olundu?
18 Dekabr 2025 14:50
İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
18 Dekabr 2025 13:26


Bakı -°C

