Avropada 2035 – ci ildə...
Elmi və texnoloji yeniliklərlə dolu dünyada inkişaf və gələcək yaşayışın planları bu gündən cızılır. Görünən odur ki, yaxın gələcəkdə və ümumiyyətlə gələcək dövrlərdə insan həyatı texniki imkanlar sayəsində daha rahat olacaqdır. Belə ki, Avropa İttifaqı ölkələri 2035-ci ilə qədər yeni minik və yük maşınlarıüçün karbon qazı emissiyalarının aradan qaldırılması təşəbbüsünü təsdiqləyib.
Bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
"Şura CO2 tullantılarının azaldılması hədəflərini 2030-cu ilə qədər minik avtomobili üçün 55%-ə, yük avtomobilləri üçün isə 50%-ə yüksəltməyə razılaşıb. Şura həmçinin yeni avtomobillər üçün 2035-ci ilə qədər karbon qazının 100% azaldılması hədəfini təsdiqləyib", - deyə mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Aİ-nin təşəbbüsü əslində daxili yanma mühərrikləri dövrünün başa çatmasından xəbər verir. Agentlik bir çox avtomobil şirkətlərinin 2035-ci ilə qədər, çox güman ki, elektromobil istehsalına keçməli olacağını proqnozlaşdırıb.
Bu avtomobil qadağası Avropa Komissiyasının 2050-ci ilə qədər iqlimə uyğun olmayan iqtisadiyyata nail olmaq planının bir hissəsidir. Ötən il Avropa Komissiyası 2035-ci ildən elektriklə işləyən avtomobillərə tam keçidi və Avropa İttifaqında adi yanacaqla işləyən avtomobillərin istehsalına qadağa qoyulmasını təklif etmişdi. Güman ki, planlaşdırılan bu yenilik yaxın illərdə də hiss oluna bilər. İstənilən halda bütün yeniliklərin insanlıq üçün xeyirli olması ümidilə…
HAZIRLADI : BÜNYAMİN BÜNYADZADƏ
Digər Xəbərlər
07 Aprel 2026 20:00
240 min dollarlıq təhlükəsizlik: Gizli zirehli model
06 Aprel 2026 09:00
Yağışlı havada tıxaclı Bakı yolları - SİYAHI
04 Aprel 2026 19:52
Yeni Günəşlidə yolun bir hissəsi düzəldilib...
03 Aprel 2026 08:31
Bakıda tıxac olan yollar açıqlanıb
01 Aprel 2026 18:24
Bu yollarda sıxlıq var - SİYAHI
26 Mart 2026 09:00
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21


Bakı -°C

