Bakıda bir neçə yolda sürət həddi endirildi
Bakıda hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilərək portallarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.
Bu barədə Adalet.az0a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
"Bununla bağlı məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - məlumatda qeyd olunub.
Digər Xəbərlər
23 Noyabr 2026 18:15
Bakıda sıxlıq olan yolların SİYAHISI
23 Noyabr 2026 15:14
Bakıda avtobusların hərəkəti xüsusi işıqforlarla tənzimlənəcək
23 Noyabr 2026 11:06
Bakıda daha 28 svetoforda velosiped bölməsi quraşdırılıb
20 Noyabr 2026 17:41
Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə!
19 Noyabr 2026 13:26
Çin dünyanın ən böyük maşın devi olan Almaniyanı maşın bazarından çıxartmaq üzrədir
19 Noyabr 2026 10:03
Bakıda avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq – İLK DƏFƏ
19 Noyabr 2026 08:23
Bakıda hansı yollarda tıxac var? - SİYAHI
18 Noyabr 2026 11:52


Bakı -°C

