Avropadan daha 18 azərbaycanlı deportasiya olundu
Belçika və Niderland krallıqlarında qanunsuz yaşayan müxtəlif millətdən miqrantlar növbəti dəfə deport olunub.
Adalet.az report-a istinadla xəbər verir ki, bunlardan 18-i azərbaycanlıdır.
Azərbaycanlılardan 11-i Belçikadan, 7-si isə Niderlanddan deportasiya edilib. Deporta səbəb qeyd olunan ölkələrdə saxta məlumat və sənəd əsasında yaşama olub. Yerli orqanlar tərəfindən bu, aşkar edilib və deportasiya qərarı verilib.
Digər Xəbərlər
18 May 2024 22:40