Aygün Səmədzadəyə yüksək vəzifə verildi
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinatı olub.
Bu barədə Adalet.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bəstəkar, Xalq artisti Aygün Səmədzadə Gəncə filarmoniyasının direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Aygün Səmədzadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb.
Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Tarix-nəzəriyyə fakültəsində təhsilini davam etdirib. Konservatoriyanı bitirdikdən sonra bu təhsil ocağının Musiqi tarixi kafedrasında müəllim kimi fəaliyyət göstərib.
2003-cü ildə görkəmli Türkiyə bəstəkarı Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını müdafiə edib.
Aygün Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 200-dən artıq mahnının müəllifidir. O, həmçinin Elçinin "Qatil", "Şekspir", Hüseyn Cavidin "Əmir Teymur", "İblis", İlqar Fəhminin "Mənəm, mən…", Stefan Sveyqin "Yad qadının məktubu" tamaşalarına, eləcə də "Əlavə təsir", "Sirr", "Axırıncı dayanacaq" kimi filmlərə musiqi yazıb.
Yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilən bəstəkar 2011-ci ildə “Əməkdar incəsənət xadimi”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Digər Xəbərlər
14 Aprel 2026 14:18
Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olundu
13 Aprel 2026 17:40
Xalq artisti vəfat etdi
13 Aprel 2026 12:22
Aktyor: “Bu, dəhşəti bir şeydir”
10 Aprel 2026 13:32
Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib
09 Aprel 2026 19:29
Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTOLAR
08 Aprel 2026 17:27
Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi
08 Aprel 2026 14:45
Ankarada azərbaycanlı rəssamların sərgisinin açılışı olub
08 Aprel 2026 11:51


Bakı -°C

