"Azad edilmiş ərazilərdə 98 şəxsə aid meyit qalıqları aşkarlanıb" - Hərbi prokuror

“Ötən dövr ərzində ANAMA, FHN, BQXK və digər qurumların iştirakı ilə aşkarlanan kütləvi məzarlıqlardan ümumilikdə 508 şəxsə aid meyit qalıqları götürülüb”.
Adalet.az xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Azərbaycan Respublikasının baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev deyib.
Hərbi prokuror bildirib ki, azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılarkən azı 98 şəxsə aid meyit qalıqları aşkar edilib və onlarla bağlı hərtərəfli iş gedir: “Respublikanın şəhər və rayonlarında kimliyi müəyyən edilmədən basdırılmış 183 nəfərə aid meyit qalığı aşkar edilib”.
Digər Xəbərlər

Zərərçəkmişlər erməni cinayətlərindən danışdı, Vardanyan dinlədi - FOTOLAR

Nuranə Məcidovanın ölümü ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq

"Sputnik Azərbaycan" rəhbərliyi ilə bağlı qərar dəyişmədi

Yeni hakimlər kollektivə təqdim olundu

"İşğaldan əvvəl deyirdilər çıxın gedin, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

MƏHKƏMƏ: Kəlbəcərin işğalı zamanı mülki əhalinin atəşə tutulması ilə bağlı ifadələr dinlənilib

"Mahir ay brat" azadlığa buraxıldı
