adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Yanvar 2022 11:55
225
GÜNDƏM

Azad edilmiş ərazilərə marşrut avtobuslarını polis müşayiət edəcək

İşğaldan azad edilmiş ərazilərə gedən marşrut avtobusları polis tərəfindən müşayiət ediləcək.

Adalet.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə giriş zamanı biletlərin və bilet almış şəxslərin eyniliyi yoxlanılacaq. E.Məmmədov qeyd edib ki, avtobus sürücüləri azad edilmiş ərazilərdə hərəkətlə bağlı məlumatlandırılacaq.