Azad olunan ərazilərdə 155 mina zərərsizləşdirildi
Azad olunan ərazilərdə noyabrın 11-dən 17-ə qədər 29 tank əleyhinə mina, 126 piyada əleyhinə mina, 483 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Adalet.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 972.6 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.
Digər Xəbərlər
09 Oktyabr 2026 21:10
Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var
09 Oktyabr 2026 13:51
Bu il 9 velosipedçi yol qəzasında ölüb
08 Oktyabr 2026 22:40
Cəbrayılda minaya düşən şəxs şəhid atasıdır
08 Oktyabr 2026 20:31
Həmin çobanın atası da eyni yerdə MİNAYA DÜŞDÜ
08 Oktyabr 2026 17:38
Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı - VİDEO
08 Oktyabr 2026 16:36
Cəbrayılda mina partladı - Xəsarət alan var
08 Oktyabr 2026 00:55
Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından altı il ötür
07 Oktyabr 2026 15:26


Bakı -°C

