Azad olunan ərazilərdə yaşayan vətəndaşların sayı açıqlandı
"Yalnız son 2 ildə dövlət büdcəsindən sosial istiqamətə 32.7 milyard manat vəsait ayrılıb. Bu il isə sosial istiqamətə 17.1 milyard manatın ayrılması nəzərdə tutulub. Dünən cənab Prezidentin imzaladığı sərəncamla 1.1 milyon yaxın vətəndaşlarımızın pensiyaları artırıldı".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, son 2 ildə işğaldan azad olunan ərazilərimizin bərpasına yalnız dövlət büdcəsindən 9.8 milyard manat vəsait ayrılıb:
"Bütövlükdə, şanlı Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına dövlət büdcəsindən 22.1 milyard manat vəsait xərclənib. Artıq işğaldan azad olunan ərazilərimizdə 75 mindən çox vətəndaşımız yaşayır və çalışır. Ötən il avqsutun 8-də Vaşinqtonda imzalanan anlaşama isə region üçün yeni səhifənin açılması demək idi. Regionda yeni dövrün yaradıcısı isə Azərbaycan və onun lideridir".
Digər Xəbərlər
10 Fevral 2026 13:11
Yeni artımla yaşa görə orta aylıq pensiya 632 manata çatıb
10 Fevral 2026 12:33
Deputat "İdrak" liseyində şagirdin müəllimi güllələməsindən danışdı
10 Fevral 2026 12:25
Patentdən əldə edilən gəlirin 50 faizi ixtira müəllifinə ödəniləcək
10 Fevral 2026 10:27


Bakı -°C

