Azad olunan torpaqlarda şəhidlərimizin ruhuna ehtiram - FOTOLAR
27 Sentyabr – Anım Günündə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi Xankəndi, Xocalı və Ağdərədə ehtiramla anılıb.
Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, saat 12:00-da nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən siqnallar verilib, polis əməkdaşları hərbi salamla şəhidlərimizin xatirəsini anıblar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib. Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur.
Digər Xəbərlər
02 Noyabr 2026 13:58
Oktyabrda hava iqlim normasından yuxarı olub
02 Noyabr 2026 12:58
Sabah Bakıda 23 dərəcə isti olacaq
02 Noyabr 2026 12:31
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə “Məhsul bayramı” keçirilib - FOTOLAR
01 Noyabr 2026 14:01
Leyla Əliyeva Payız festivalından paylaşım etdi
31 Oktyabr 2026 11:09
Şahdağa qar yağıb - Faktiki hava
31 Oktyabr 2026 00:08
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - VİDEO
30 Oktyabr 2026 17:13
Paytaxtın hansı ərazilərində evlər sökülə bilər? - AÇIQLAMA
30 Oktyabr 2026 16:04


Bakı -°C

