AZAL bugünkü Bakı-Kazan reysini ləğv etdi
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti 8 yanvar 2025-ci il tarixinə planlaşdırılan Bakı-Kazan-Bakı reysini ləğv edib. Bu qərar Kazan üzərində “Kovyor” planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.
Adalet.az xəbər verir ki, uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir.
Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.
Digər Xəbərlər
08 Yanvar 2025 20:36
Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşlar DAYANDIRILDI
08 Yanvar 2025 18:20Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub
08 Yanvar 2025 18:04Vilayət Eyvazov İsmayıllıda sıra baxışı keçirib - FOTOLAR
08 Yanvar 2025 15:56Bu əşya və maddələrin təyyarədə daşınması qadağan edildi
08 Yanvar 2025 15:52