adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Aprel 2024 13:14
882
ŞOU-BİZNES

Azər AXŞAM: “Bizim  bəlamız da budur”

Əməkdar artist Azər Axşam hər kəsi ana dilimizin qaydalarına uyğun danışmağa çağırıb.

Adalet.az bildirir ki, o, ana dilində əlifbada  “ts” hərf birləşməsinin olmadığını qeyd edib:

“Xüsusən, sözüm gənclərədir. Əziz gənclər, siz  “tsox” deyən kimi həmin onu düzəltməyə çalışıb “çox” deyin. Belə etmədiyiniz halda çox bərbad bir nitqiniz olacaq. Bizim dilimizdə əlifbada “ts” hərf birləşməsi yoxdur. Normal olaraq əlifbamızda “ç” hərfi var. Və düşünürəm ki, bu hərfi hər kəs tanıyır və  bu hərfi ifadə edə bilir. Siz səhv dediyiniz sözləri tez bir zamanda korreksiya edin. Bu mütləqdir. Nitqimizin səhv olmağı bizim bəlamızdır”.

Əntiqə