Azərbaycan-ABŞ əməkdaşlıq layihələri müzakirə olundu
Noyabrın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstoun ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə konkret layihələrin perspektivlərini nəzərdən keçiriblər.
Bununla yanaşı, regional bağlantıların, Orta Dəhlizin və nəqliyyat-logistika imkanlarının inkişafı məsələləri müzakirə olunub. Bu çərçivədə, eyni zamanda TRIPP layihəsinin regional nəqliyyat və iqtisadi bağlantıların gücləndirilməsinə, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsinə töhfəsi vurğulanıb.
Görüşdə həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
18 Noyabr 2026 23:17
Ceyhun Bayramovla Hakan Fidanın telefon danışığı oldu
18 Noyabr 2026 21:00
Sahibə Qafarova Türkmənistana getdi
18 Noyabr 2026 17:51
Paşinyan: TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılmalıdır
18 Noyabr 2026 17:36
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
18 Noyabr 2026 16:43
Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı
18 Noyabr 2026 16:39
Şuşada “İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi keçirilir
18 Noyabr 2026 16:26
Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər
18 Noyabr 2026 16:15


Bakı -°C

