Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu oldu, rekord qırdı
Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Polşanın Raşın şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında Avropa çempionatının qalibi olub.
“Report” xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırmada 126 kq, təkanla qaldırmada 158 kq-ın öhdəsindən gəlib.
Toplam 284 kq (126+158) nəticə göstərən Alməmmədov bütün rəqiblərini üstələyərək yekun sıralamada qızıl medal qazanıb.
O, həmçinin yeniyetmələr arasında yeni Avropa rekorduna da sahib çıxıb.
Digər Xəbərlər
27 Sentyabr 2026 19:15
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib
27 Sentyabr 2026 16:48
Azərbaycan - Litva qarşılaşması üçün start heyətlər açıqlandı
27 Sentyabr 2026 14:16
Roberto Karlos milyonlarla sərvətini itirdi
27 Sentyabr 2026 12:26


Bakı -°C

