adalet.az header logo
  • Bakı -°C
27 Sentyabr 2026 19:15
68
İDMAN
A- A+

UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib

Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib.

Adalet.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Litva ilə üz-üzə gəlib.

Darius və Girenas stadionundakı qarşılaşma 1:1 hesabı ilə bitib.

Meydan sahiblərinin heyətində 9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib. 14-cü dəqiqədə Mahir Emreli tarazlığı bərpa edib.

Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib.