Azərbaycan Avropa İttifaqı üçün əsas tərəfdaşlardan biridir - Koşta
Azərbaycan Respublikası Avropa İttifaqı üçün əsas tərəfdaşlardan biridir.
Adalet.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatda bildirib.
“Son bir il ərzində biz münasibətlərimizi yenidən canlandırmışıq. Bu gün keçirilən görüş isə əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün ortaq öhdəliyimizin açıq göstəricisidir. Xüsusilə təhlükəsizlik, enerji və rəqəmsal sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də mövcud dialoq mexanizmlərindən – o cümlədən təhlükəsizlik və insan hüquqları sahəsində – tam istifadə edilməsi nəzərdə tutulur. Hazırda Avropa İttifaqı ilə digər ölkələr arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik. Bu, gələcək üçün ortaq baxışımızın güclü siqnalıdır. Biz həmçinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı dərinləşdirməyin yollarını araşdırırıq. Prezidentin də qeyd etdiyi kimi, enerji təhlükəsizliyi ikitərəfli əməkdaşlığımızın əsas sütunudur. Bir neçə il əvvəl Versalda Avropa İttifaqı Şurası qaz, neft və kömür tədarükü mənbələrini şaxələndirmək qərarı qəbul etdi. Azərbaycan isə bu səylərin mərkəzində dayanır”, - deyə Antonio Koşta qeyd edib.
Digər Xəbərlər
02 Noyabr 2026 17:56
Bayramov Yaponiyanın yeni səfirini qəbul edib
02 Noyabr 2026 13:59
Aqil Abbas: “Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
02 Noyabr 2026 12:49
Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - VİDEO
02 Noyabr 2026 12:46


Bakı -°C

