Azərbaycan bu ölkələrə texniki yardım göstərəcək
23 sentyabr tarixində BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətlərinin mədəni və təbii irsinin qorunmasına yönəlmiş beynəlxalq texniki yardım proqramı təqdim olunub.
Bu barədə Adalet.az-a XİN-dən məlumat verilib.
Məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Ada irsindən Ümumdünya İrsinə” mövzusunda tədbirdə kiçik ada dövlətlərinin nazirləri, BMT yanında daimi nümayəndələri, diplomatik korpusun üzvləri və digər yüksək vəzifəli nümayəndələr iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişikliyi və digər ekoloji təhdidlərlə üzləşən kiçik ada dövlətlərinin mədəni və təbii irsinin qorunması üçün onların praktiki imkanlarının gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın bu sahədə əməkdaşlığa və beynəlxalq həmrəyliyə sadiqliyini vurğulayan nazir müavini ölkəmizin hər il üç ada dövlətinə UNESCO-nun Ümumdünya İrs Siyahısına nominasiya prosesinə hazırlıq çərçivəsində ilkin siyahıların tərtibi üzrə texniki yardım göstərəcəyini bildirib.
Tədbirdə proqramın ilk pilot mərhələsinin Qvineya-Bisau, Palau və Dominikan Respublikasını əhatə edəcəyi açıqlanıb.
Çıxış edən Qvineya-Bisau və Palaunun xarici işlər nazirləri, eləcə də Dominikan Respublikasının yüksək vəzifəli nümayəndəsi ölkələrinin pilot mərhələyə daxil edilməsinə görə Azərbaycan hökumətinə təşəkkür ediblər.
Qrenada, Maldiv Respublikası və Baham Adalarının nazirləri də çıxışlarında proqramı kiçik ada dövlətlərinin ehtiyaclarına cavab verən, zamanında irəli sürülmüş məqsədyönlü təşəbbüs kimi qiymətləndiriblər. Müzakirələrə qatılan Almaniya, Türkiyə, Rusiya və digər ölkələrin nümayəndələri isə proqramın beynəlxalq tərəfdaşlığın inkişafına və dünya irsinin qorunmasına töhfə verəcəyini vurğulayıblar.
Tədbirin davamında proqramın icrası ilə bağlı praktiki məsələlər müzakirə olunub. Proqram çərçivəsində 39 ada dövlətindən 80-dən çox yerli mütəxəssisin hazırlanması nəzərdə tutulur.
Digər Xəbərlər
07 Noyabr 2026 09:22
Azərbaycan, ABŞ və Ermənistan TRIPP üzrə üçtərəfli işçi qrup yaradıb
06 Noyabr 2026 18:14
"Yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb" - Prezident
06 Noyabr 2026 18:05
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident
06 Noyabr 2026 17:20
Ceyhun Bayramov Li Junhua ilə görüşüb
06 Noyabr 2026 15:39
Sərhədlər bağlıdır, İran heç nə edə bilməz! -Səxavət Məmməd yazır
06 Noyabr 2026 15:08
Elçin Əmirbəyov və Kestutis Budris ikitərəfli əməkdaşlığı müzakirə ediblər
06 Noyabr 2026 12:25
Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub
06 Noyabr 2026 12:15


Bakı -°C

