Mircəlil Qasımlı: Nəzakəti və hörməti haqq etməyən insanlara...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl, qətiyyətli və uzunmüddətli dövlət siyasəti ölkəmizin qüdrətini artırıb, müstəqilliyimizi və milli maraqlarımızı daha da möhkəmləndirib.
Milli Məclisin deputatı Mircəlil Qasımlı Adalet.az-a açıqlamasında bildirib ki, bütün bu illər ərzində Əli Kərimli və onun ətrafında fəaliyyət göstərən bəzi şəxslər dövlət başçısının həyata keçirdiyi siyasi xəttə qarşı kəskin mövqe nümayiş etdirərək cəmiyyətdə özləri haqqında süni nüfuz formalaşdırmağa çalışıblar.
Deputatın sözlərinə görə, bu şəxslərin fəaliyyəti dövlət maraqları baxımından qəbuledilməzdir və heç kim özünü dövlətdən, qanundan və xalqın maraqlarından üstün tuta bilməz.
M.Qasımlı qeyd edib ki, dövlətin nümayiş etdirdiyi təmkin və siyasi dözümlülük heç vaxt zəiflik kimi qiymətləndirilməməlidir.
O vurğulayıb ki, nəzakəti və hörməti haqq etməyən şəxslərə həddindən artıq anlayış və ehtiram göstərilməsi bəzən onlarda əsassız cəsarət və özünəinam formalaşdırır:
“Çünki bəzən göstərilən nəzakət qarşı tərəf tərəfindən zəiflik kimi qiymətləndirilir”.
*Şəlalə Camal*


Bakı -°C

