Azərbaycan diplomatları Qarabağ Universitetində xüsusi sessiya keçirib

Diplomatik xidmət orqanları rəhbərlərinin IX Müşavirəsi çərçivəsində Qarabağ Universitetində “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər, imkanlar və çağırışlar” mövzusunda Xankəndi xüsusi sessiyası keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müşavirə iştirakçıları Xankəndi şəhərində həyata keçirilən bərpa və quruculuq işləri, o cümlədən Qarabağ Universitetində yaradılmış şəraitlə tanış olublar.
Daha sonra keçirilən Xankəndi xüsusi sessiyasının açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış ediblər.
Çıxışlarda Qarabağ Universitetinin yaradılması ilə bağlı Azərbaycan Prezidentinin tarixi qərarının əhəmiyyəti vurğulanıb, Universitetdə görülən işlər, yaradılan şərait, habelə ümumilikdə Xankəndi şəhərində aparılan bərpa və yenidənqurma işlərindən bəhs olunub.
Digər Xəbərlər

Nazirlər məruzə etdi, Əli Əsədov tapşırıqlar verdi - FOTOLAR

XİN: BMMT-nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

"Geniş bir konfransın keçirilməsi çox yaxşı olardı"

Prezident 2024-cü il dövlət büdcəsinin icrası haqqında Qanunu təsdiqlədi

"Maraqlı və yaddaqalan səfər oldu"

İlham Əliyev bələdiyyələrlə bağlı bu qanunu təsdiqlədi

İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib - FOTOLAR
