Azərbaycan elektromobil idxalını artırıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan 361 milyon dollar dəyərində 19 571 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Dövlət Gömrük Komitəsindən Adalet.az-a bildirilib ki, idxal olunan avtomobillər arasında 830-u elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Qeyd edək ki, bu növ avtomobillərin idxalı 2 dəfə artıb.
Bundan başqa, sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 35 ədəd olub. Bu növ avtomobillər 23,9 faiz azalıb.
Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 8,6 faiz azalaraq 17 610 ədəd təşkil edib.
Digər Xəbərlər
26 Oktyabr 2026 10:30
Azərbaycanda yüz minlərlə insanın aldığı ödənişlərlə bağlı yeni xəbər
26 Oktyabr 2026 10:05
Azərbaycanda kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLAMA
24 Oktyabr 2026 11:34
“Zəfərdən sonra Qubadlının iqtisadiyyatı 35 dəfə böyüyüb”
24 Oktyabr 2026 11:14


Bakı -°C

