"Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması üçün imkan yaranıb" - Almaniya səfiri

Almaniya səfiri Ralf Horlemann Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün bu gün Berlində keçirilməsindən məmnunluqlarını ifadə edib.
Adalet.az xəbər verir ki, diplomat bu barədə fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Almaniya səfiri ölkəsinin sülh prosesini konstruktiv şəkildə dəstəklədiyini vurğulayıb.
Səfir qeyd edib ki, COP29-un keçirildiyi bu ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün bir imkan yaranıb ki, bu da öz növbəsində sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq baxımından çox önəmlidir.
Digər Xəbərlər

Ceyhun Bayramov Kallasla görüşdü

Ceyhun Bayramov rumıniyalı həmkarı ilə müzakirə apardı

Əli Əsədov Laosun Baş prokuroru ilə görüşüb

Rəşad Nəbiyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

“Əvvəl-axır onlar o torpaqları Fələstin dövlətinə qaytarmalı olacaqlar...” – Zərdüşt Əlizadə

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB

Prezident: Prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar
