"Azərbaycan futbolu xoşbəxtdir ki..." - Estoniya millisinin baş məşqçisi
"Hər iki oyunun nəticəsinə baxsaq, biz üstün tərəf olduq".
Adalet.az xəbər verir ki, bu sözləri Estoniya milli komandasının baş məşqçisi Yurgen Henn UEFA Millətlər Liqasının V turunda Qəbələdə Azərbaycan yığması ilə qolsuz heç-heçə etdikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
O, Azərbaycan millisinin matçın ikinci hissəsində təhlükəli hücumlar etdiyini bildirib: "Bu gün rəqib çox yaxşı mübarizə apardı. Ən önəmlisi, üç xal qazanmaq idi. Təəssüf ki, reallaşmadı. Matçın keçirildiyi Qəbələ şəhər stadionu möhtəşəm idi. Azərbaycan futbolu xoşbəxtdir ki, bu cür gözəl infrastruktura malik arenası var. Çünki Estoniyanın bəzi klublarında belə möhtəşəm şərait yoxdur".
Digər Xəbərlər
01 Noyabr 2026 14:07
"El-Klasiko" zamanı evi qarət edildi
01 Noyabr 2026 09:15
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
30 Oktyabr 2026 21:40
Prezidentin sosial media hesablarında final matçından paylaşım edildi - FOTOLAR
30 Oktyabr 2026 20:00


Bakı -°C

