27 Oktyabr 2024 10:31
199
İDMAN

Azərbaycan gimnastları Almaniyada iki qızıl medal qazanıblar

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Almaniyanın Kotbus şəhərində keçirilən "GymCity Open" beynəlxalq turnirində qızıl medallar qazanıblar.

Bu barədə Adalet.az-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Hüseyn Abbasov və Əli Niftəliyev yarışda birinci yerin sahibi olublar.

Onlar fərdi proqram üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.