Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyi
Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyi “Aqrosahibkar Qadınlarla İş” Layihəsinə Naxçıvanda başlamaqla start verir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir və məqsədi “Qadın Özünə-kömək Qrupu” modelinə əsaslanan kollektiv qadın bizneslərinin təbliği, kənd yerlərində yaşayan qadınların sahibkarlıq vasitəsilə cəmiyyətə inteqrasiyası, qadınların iqtisadi gəlirlərinin arması ilə onların ailə büdcəsinə dəstək verməsi və bununla da kənd qadınlarında özünə inamın artmasına dəstək olmaqdan ibarətdir.
“Aqrosahibkar Qadınlarla İş” Layihəsi Naxçıvan Muxtar Respublikası və Zəngilan rayonunun Ağalı kəndində yeni Qadın Qruplarının yaradılması, təlimlər vasitəsi ilə onların bacarıqlarını artırılması, qrup olaraq başladıqları kiçik agro biznesləri böyüdüb şaxələndirilməklə kənddəki digər işsiz qadınları da işlə təmin etməsi kimi məqsədləri hədəfləyir.
Layihənin koordinatoru bildirib ki, may ayında start götürüb iyul ayının sonuna qədər davam edəcək bu layihə özünün ilk fəaliyyətini Naxçıvanda həyata keçirəcək. İlk olaraq Naxçıvan Dövlət Universitetinin Sosial İş Fakultəsinin tələbələri, Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri Komitəsi və Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına “Kollektiv qadın bizneslərinin sosial inkişafda rolu” mövzusunda ustad dərsləri veriləcək, daha sonra Muxtar Respublikanın aqrosahibkar qadınları ilə məqsəd qrupu müzakirələri aparılacaq, ən fəal sahibkar, istehsalçı və emalçı qadınlarla fəaliyyətimizi davam etdirəcəyik. Naxçıvanda həyata keçirilən fəaliyyətlər eyni olaraq işğaldan azad olmuş Zəngilanın Ağalı kəndində də təkrar olunacaq.
İyul ayının sonlarında yeni yaranan qadın kollektivlərinin cəmiyyətə təqdim edilməsi mərasimləri keçiriləcək.
Digər Xəbərlər
21 Avqust 2026 09:00
HƏR QAYADA BİR ŞƏHİD QANI
17 Avqust 2026 11:36
Naxçıvan MR-də icra olunan layihə başa çatdı
14 Avqust 2026 11:47
“Dənizçi” istirahət mərkəzində növbəti görüş
14 Avqust 2026 09:00
BİZİM GƏNCLƏRƏ GÜVƏNMƏK OLAR
13 Avqust 2026 11:02
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər
12 Avqust 2026 09:43
Mövzunun aktuallığı yerli ictimaiyyətin marağına səbəb oldu
07 Avqust 2026 09:00
BİZ MÖHTƏŞƏM QƏLƏBƏNİ ŞƏHİDLƏRİMİZİN QANI HESABINA QAZANDIQ
31 Iyul 2026 12:50


Bakı -°C

