adalet.az header logo
  • Bakı -°C
11 Noyabr 2026 16:17
80
İDMAN
A- A+

Azərbaycan Monteneqroya 7:2 hesabı ilə uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk oyununu keçirib.

Adalet.az-ın məlumatına görə, komanda Monteneqronun müvafiq yaş qrupundan olan kollektivi ilə üz-üzə gəlib.

Serbiyanın paytaxtı Belqraddakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 7:2.

Xatırladaq ki, U-19 noyabrın 14-də Serbiya, noyabrın 17-də Farer adaları ilə qarşılaşacaq.