"Azərbaycan Ordusu özünü döyüş meydanında nümayiş etdirdi" - Prezident

"Bizim geniş coğrafiyamız var. Türkiyə qlobal miqyasda aparıcı hərbi gücdür və Türkiyə ordusu NATO daxilində ABŞ-dan sonra ikinci yerdədir".
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
"Azərbaycan Ordusu da özünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirdi. Həmçinin logistika. Bu gün dəhlizlərdən danışanda bizdən yan keçə bilməzsiniz. Siz bizim ərazimizdən, obyektlərimizdən istifadə edə bilərsiniz. Həm də vacib olan odur ki, təşkilatın bütün üzvlərində siyasi sabitlik, bir-biri və hamısı arasında dost münasibətlər mövcuddur. Bu, təşkilatı həqiqətən nadir edir. Ona görə də biz onu konkret layihələrlə, investisiyalarla, enerji, daşımalar, mədəniyyət layihələri ilə möhkəmləndirməliyik. Ona görə də mən gələcəkdə bu təşkilatı mühüm qlobal iştirakçılardan biri kimi görürəm. Beləliklə, bizim fikrimiz beynəlxalq arenada rol oynaya bilən, təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilməkdən ibarətdir ki, həm də beynəlxalq arenada sabitləşdirici, müsbət rol oynasın və qonşular üçün imkanlar yaratsın. Bununla da biz belə bir nəhəng coğrafiyada heç kimə təhlükə törətməyən, lakin çoxları üçün fürsət hesab edilən güclü birlik qura biləcəyimizi nümayiş etdirək" - dövlət başçısı vurğulayıb.
Digər Xəbərlər

Ceyhun Bayramovla uqandalı həmkarı arasında görüş keçirilib

Türk dövlətləri ilə iqtisadi əməkdaşlıq dərinləşib

”Hazırlıq işləri göstərir ki, “Ər-Riyad 2025” ən yaddaqalan idman tədbirlərindən biri olacaq” - FOTOLAR

Tarixi missiya

Şahin Mustafayev: "Fars Körfəzini Qara Dənizə bağlayacaq yeni marşrut yaradılacaq"

İlham Əliyev moldovalı həmkarını təbrik edib

"Bayden Əfqanıstandan qaçan kimi bizə yenidən sanksiya tətbiq etdilər"
